Azərbaycan Prezidentinin 4 avqust tarixli sərəncamları ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Anar Babayev, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Nurlan Hacıyev və Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Naim Cahidzadə ictimaiyyətə və müvafiq kollektivlərə təqdim ediliblər. Primeinfo.az xəbər verir ki, təqdimat mərasimlərindən əvvəl Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və yeni təyin olunmuş icra hakimiyyəti başçıları Naxçıvan şəhərində, Ordubad və Culfa rayon mərkəzlərində Ümummilli Lider Heydər Əliyevin abidələrini ziyarət ediblər. Təqdimat mərasimlərində çıxış edən səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin yeni təyinatlarla bağlı sərəncamlarını elan edib, dövlət başçısının tapşırıq və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.
Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə bu vəzifəyə Nurlan Rauf oğlu Hacıyev təyinat alıb.
Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Məlumata görə, 9–13 fevral tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası keçirilir.
Ordubad rayonunda yol qəzası zamanı avtomobil qaz xəttini zədələyib. Primeinfo.az xəbər verir ki, rayonu təbii qazla təmin edən d 219 mm yüksək təziqli qaz kəmərində qəza olub. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə ümumilikdə 7 500 aktiv əhali və 450 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılıb.
Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb. Primeinfo.az xəbər verir ki, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.